Bayden: ABŞ Livanın yeni prezidentini ölkənin bərpasında dəstəkləyəcək
sizinxeber.az xəbər saytı

Bayden: ABŞ Livanın yeni prezidentini ölkənin bərpasında dəstəkləyəcək


ABŞ hökuməti Livanın seçilmiş prezidenti general Cozef Auna müharibədən sonrakı ölkənin bərpasında dəstək verəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatında deyilib.

ABŞ-nin gedən administrasiyasının başçısı qeyd edib ki, son iki ildə Livan təkcə müharibədən və uzunmüddətli maliyyə böhranından deyil, həm də “milli rəhbərliyin olmamasından” əziyyət çəkib.

“Prezident Aunun seçilməsi ABŞ-nin “Hizbullah” və İsrail arasında döyüş əməliyyatlarının dayandırılmasını təmin etməsindən cəmi altı həftə sonra baş verdi. İndi prezident Aun Livan və İsrail döyüş əməliyyatlarının dayandırılmasını tam həyata keçirəcəyi, yüz minlərlə insan evlərinə qayıdacağı və Livan bərpa olunub dirçələcəyi bir vaxtda həlledici əhəmiyyətə malik rəhbərliyi təmin edəcək. Prezident Aun mənim etimadımı qazanıb. Əminəm ki, o, belə dövr üçün münasib liderdir”, – sənəddə deyilib.

Bu gün Livan ordusunun komandanı general Cozef Aun parlamentdə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Onun namizədliyinə 128 deputatdan 99-u səs verib.

Oxşar xəbərlər

Cozef Aun Livanın yeni Prezidenti seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ İsrail-Livan sərhədində gərginliyi azaltmaq üçün regiona xüsusi nümayəndə göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Müxalifət “Hizbullah”dan silahlarını Livan ordusuna təhvil verməsini tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti İsrailin “Hizbullah”a qarşı məhdud əməliyyatlarını dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livan ərazisini bombalayıb, “Hizbullah”a bağlı TV-lərin əməkdaşları ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər