Türkiyənin XİN başçısı ərəb ölkələrini Suriyaya yardım üçün mexanizm yaratmağa çağırıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan ərəb ölkələrini Suriyanın bərpası məsələlərində yardım səylərinin əlaqələndirilməsi üçün birgə mexanizm yaratmağa çağırıb.
“Report” ANKA agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Ər-Riyadda təşkil olunmuş Suriya üzrə görüşdə bildirib.
“Bu kritik dövrdə biz beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyadakı yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında incə balansı təmin edərək, balanslaşdırıcı qüvvə kimi hərəkət etməliyik. Səylərimizin daha səmərəli olması üçün əlaqələndirmə mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyaların götürülməli olduğu prioritet sahələri müəyyən etməliyik. Həmçinin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması əsas prioritetimiz olaraq qalmalıdır”, – nazir deyib.
Fidan həmçinin qeyd edib ki, “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyası Suriyanın yeni administrasiyasına səmimi şəkildə inteqrasiya olmaq istəyirsə, özünü buraxmalıdır. Onun sözlərinə görə, “terror təşkilatı Fəratın şərqindəki ərəb çoxluğu üçün ciddi təhlükə təşkil etməyə və Suriya xalqına lazım olan təbii sərvətləri qarət etməyə davam edir”. XİN başçısı bununla əlaqədar bildirib ki, Türkiyə və ərəb ölkələri Suriyanın yeni iqtidarının İŞİD-lə səmərəli mübarizə aparmaq qabiliyyətini gücləndirmək üçün birlikdə işləyə bilərlər.
Oxşar xəbərlər
Hakan Fidan: Suriyanın yeni hakimiyyəti məsuliyyətini anlayır
Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq
Hakan Fidan: Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir
Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib
Hakan Fidan BMT Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











