Hindistanda baş verən partlayışda bir neçə polis əməkdaşı həlak olub
Hindistanın Çhattisqarh ştatında bomba partlayışı nəticəsində ən azı səkkiz polis əməkdaşı həlak olub.
Bu barədə “Report” DW-yə istinadən xəbər verir.
Hindistan polisi çoxsaylı ölüm faktını mətbuata təsdiqləyərək, partlayış nəticəsində səkkiz polis əməkdaşı və bir sürücünün həlak olduğunu bildirib.
Heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Partlayış təhlükəsizlik qüvvələrinə qarşı yönəlmiş silsilə hücumların bir hissəsi olub və hüquq-mühafizə orqanları ilə maoist üsyançılar arasında mütəmadi toqquşmalar fonunda baş verib.
Çhattisqarh ştatı ilə Hindistanın mərkəzi və şərq hissəsindəki qonşu ştatlar hökumətlə radikal maoist qruplaşmaları arasında on illərdir davam edən silahlı münaqişədən əziyyət çəkir. Son illərdə hərbiləşdirilmiş qruplaşmaların fəaliyyətinin miqyası xeyli azalıb.
Oxşar xəbərlər
İranda partlayışlar zamanı bir neçə polis əməkdaşı həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda maoçu yaraqlılarla toqquşmada bir neçə polis əməkdaşı ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailandda yarmarkada baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













