Bəqai: ABŞ-nin İranla ədavəti bir razılaşma ilə yox olmayacaq
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İranla ədavəti bir razılaşmanın imzalanması ilə yox olmayacaq.
"Sizinxeber.az" xəbər verir ki, İ. Bəqai bunu "X" sosial şəbəkə hesabında yazıb.
"İran son 50 ilin təcrübəsini, xüsusən son bir il yarımın hadisələrini nəzərə alaraq, hər bir addımı diqqətlə atacaq", - o bildirib.
Bəqainin fikrincə, Amerikanın hakim dairələri İran xalqına münasibətdə heç vaxt dürüstlük nümayiş etdirməyib. "Belə bir etimadsızlıq üçün bütün əsasları olan İran xoş niyyətlə diplomatik prosesə qoşulub və müharibənin dayandırılması haqqında memorandum imzalayıb", - XİN sözçüsü xatırladıb.
Onun sözlərinə görə, ABŞ rəsmilərinin müharibənin dayandırılması haqqında memoranduma dair ziddiyyətli bəyanatları İranın etimadsızlığını azaltmağa kömək etməyəcək:
"Amerikanın hakim dairələri yadda saxlamalıdır ki, "öhdəliyə qarşı öhdəlik" prinsipi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini və memorandumun aydın mətninə tamamilə zidd olan şərhlərdən qaçınmağı nəzərdə tutur".
Xatırladaq ki, Bəqai daha əvvəlki paylaşımında ABŞ dövlət katibi Marko Rubionun İrana qarşı səsləndirdiyi ittihamlara cavab verib.
Oxşar xəbərlər
Bəqai: ABŞ və İsrail İranla yeni müharibə üçün mümkün atəşkəsdən istifadə edəcəklər
Bəqai: İran nümayəndə heyəti bir neçə saatdan sonra İsveçrəyə yola düşəcək
Bəqai: İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir
İsmayıl Bəqai: İranın hər yerində çox sayda insan öldürülüb
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
