Cənubi Koreya polisi prezidentin həbsini öz üzərinə götürməkdən imtina edib
sizinxeber.az xəbər saytı

Cənubi Koreya polisi prezidentin həbsini öz üzərinə götürməkdən imtina edib


Koreya Respublikasının Korrupsiyaya qarşı İstintaq İdarəsi (CIO) prezident Yun Sok Yolun həbs orderinin icrasını polisə həvalə etməyə cəhd etdikdən sonra polis təkbaşına bu məsuliyyəti öz üzərinə götürməkdən faktiki olaraq imtina edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Hüquqi yoxlamadan sonra biz həbs orderinin tətbiqi ilə bağlı Korrupsiyaya qarşı İstintaq İdarəsindən daxil olan bildirişin hüquqi cəhətdən mübahisəli məzmuna malik olması qənaətinə gəldik. İdarə ilə həbs orderinin tətbiqi barədə məsləhətləşmələri davam etdirməyi qərara aldıq", - polis xüsusi istintaq qrupu rəhbərinin müavini bildirib.

Agentliyin məlumatına görə, polis faktiki olaraq orderin icrasından imtina etmək niyyətini nümayiş etdirib. CIO yanvarın 5-dən 6-na keçən gecə Koreya Respublikasının prezidenti Yun Sok Yolun qiyam işi üzrə həbs orderinin icrasını polisə həvalə etməyi qərara alıb. Orderin müddəti yanvarın 6-da başa çatır. İdarə onun müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək niyyətindədir.

Oxşar xəbərlər

Cənubi Koreya polisinə prezidenti həbs etmək hüququ verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinin vəkilləri onun həbsinə dair orderdən şikayət etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seulda Prezident Administrasiyasında axtarış aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya müstəntiqləri Prezidenti həbs etmək üçün hərbçilərin sıralarından keçiblər - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinin mühafizəsi onu həbs etmək cəhdi zamanı atəş aça biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər