Litva ikili təyinatlı məhsulların ixracına qadağaya görə ildə 250 milyon avro itirəcək
sizinxeber.az xəbər saytı

Litva ikili təyinatlı məhsulların ixracına qadağaya görə ildə 250 milyon avro itirəcək


Litvada yanvarın 1-dən qüvvəyə minən ikili təyinatlı məhsulların üçüncü ölkələrə ixracına qoyulan qadağa Baltikyanı respublikada biznesi 2025-ci ildə 250 milyon avro itki ilə təhdid edir.

"Report"un məlumatına görə, bunu jurnalistlərə ölkənin iqtisadiyyat və innovasiyalar naziri Lukas Saviçkas deyib.

"Yeni ixrac məhdudiyyətləri Litva bizneslərinin təxminən 250 milyon avro gəlir əldə etməməsinə səbəb ola bilər", - o deyib.

Dekabrda keçirilən parlament seçkilərindən sonra istefa verən əvvəlki Nazirlər Kabineti ikili təyinatlı malların siyahısını bir neçə minə qədər genişləndirib və onların Rusiyaya göndəriləcəyindən ehtiyatlanaraq üçüncü ölkələrə ixracını qadağan edib.

Üçüncü ölkələr dedikdə, Avropa İttifaqının üzvü olmayan və Avropa iqtisadi məkanının üzvü olmayan dövlətlər nəzərdə tutulur.

Oxşar xəbərlər

Litva Ukraynaya minatəmizləmə avadanlıqları üçün 35 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya 2024-cü ildə Ukraynaya təxminən 8,1 milyard avro məbləğində silah tədarükünü təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa Rusiya və Belarusla sərhədini qorumaq üçün Aİ-dən 52 milyon avro alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya ilin birinci yarısında 5,6 milyard avro dəyərində silah ixracını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Ukraynaya 160 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər