Almaniya ilin birinci yarısında 5,6 milyard avro dəyərində silah ixracını təsdiqləyib
Almaniya hökuməti cari ilin birinci yarısında 5,6 milyard avro dəyərində silah ixracına icazə verib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya İqtisadiyyat Nazirliyindən Bundestaqın deputatı Sevim Dağdelenin müvafiq sorğusuna cavabında bildirilib.
“Şərqi Almaniyada əyalət seçkilərinə (sentyabrda Brandenburq, Saksoniya və Türingiyada keçiriləcək) az qalmış federal hökumət rekord məbləğdə silah ixracına icazə verməklə, yenidən öz ölümcül siyasi prioritetlərini nümayiş etdirir”, - agentlik Dağdelendən sitat gətirib.
Onun fikrincə, hakimiyyət təhsilə, infrastruktura və səhiyyəyə investisiya qoymaq əvəzinə, Kiyevə “silah hədiyyələri” edir.
Ümumi ixrac, o cümlədən, hərbi təyinatlı məhsulların ixracı üçün icazələrin verilməsinə cavabdeh olan İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu çərçivədə söhbət hələ ki ilkin məlumatlardan gedir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
