Polşa Rusiya və Belarusla sərhədini qorumaq üçün Aİ-dən 52 milyon avro alacaq
Avropa İttifaqı (Aİ) Polşaya Rusiya Federasiyası və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb.
"Report"un xəbərinə görə, bu barədə Polşa Baş nazirinin Dəftərxanası “X” sosial şəbəkəsində məlumat yayıb.
“Polşa Avropa İttifaqının sərhədlərinin qorunması üçün 52 milyon avro alacaq. Bu vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və dronların aşkarlanması üçün avadanlıqların alınmasına yönəldiləcək", - məlumatda bildirilir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Finlandiya, Polşa və Baltikyanı ölkələrə xarici sərhədlərini Rusiya və Belarusdan qorumaq üçün 170 milyon avro ayrıldığını açıqlayıb.
Oxşar xəbərlər
Polşa Rusiya və Belarusla sərhədlərini qorumaq üçün Aİ-dən 52 milyon avro alacaq
Aİ Ukraynaya 160 milyon avro ayıracaq
Polşa Ukrayna üçün sursat alışına 50 milyon avro ayırıb
Avropa Komissiyası Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb
AK islahatlar üçün Moldovaya daha 50 milyon avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













