Polis “Tesla Cybertruck”ın partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib
sizinxeber.az xəbər saytı

Polis “Tesla Cybertruck”ın partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib


ABŞ polisi Las-Veqasda “Tesla Cybertruck” avtomobilinin partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “KTNV-TV” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Müstəntiqlər şübhəli şəxsin 37 yaşlı Metyu Livelsberger olduğunu müəyyən ediblər", - telekanalın məlumatında deyilir. Qeyd olunur ki, “Cybertruck”ın partladılmasında şübhəli bilinən şəxs ABŞ ordusunda xidmət edib.

FTB müstəntiqləri Alkoqol, Tütün, Odlu Silah və Partlayıcı Maddələrin Dövriyyəsinə Nəzarət Bürosunun (ATF) əməkdaşları ilə birlikdə şübhəli şəxsin yaşadığı evlərdən birində axtarış aparırlar.

“Cybertruck” elektrikli pikapı çərşənbə günü Las-Veqasda 64 mərtəbəli “Trump International Hotel”in yanında partladılıb. Hadisə nəticəsində ən azı bir nəfər həlak olub, daha yeddi nəfər xəsarət alıb.

ABŞ xüsusi xidmət orqanları Nyu-Orleanda (Luiziana ştatı) törədilmiş terror aktı ilə Las-Veqasda (Nevada ştatı) “Cybertruck” pikapının partladılması arasında əlaqənin olub-olmadığını araşdırır. Nyu-Orleandakı insident nəticəsində 15 nəfər həlak olub, ən azı 30 nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Las-Veqasdakı “Cybertruck” partlayışı potensial terror aktı kimi təhqiq ediləcək
Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin ortaqları barədə məlumat yoxdur
Bayden: Nyu-Orleandakı terror aktı ilə Las-Veqas partlayışı arasında əlaqə araşdırılır
Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
Dələduzluq yolu ilə hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər