Almaniya Ukraynaya 15 tank, 4 ZRK və 30 zirehli maşın verəcək
Almaniya hökuməti Kiyevə iki ədəd “Patriot” zenit-raket kompleksi (ZRK), bir ədəd qısa mənzilli IRIS-T SLS ZRK, 1 ədəd orta mənzilli IRIS-T SLM ZRK, 2 ədəd GEPARD özüyeriyən zenit qurğusu və onlar üçün 65 min mərmidən ibarət növbəti hərbi yardım paketi ayırır.
“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Yardım paketinə 15 ədəd Leopard 1 A5 tankı, 30 ədəd MRAP (minaya qarşı qorumalı zirehli maşın), Leopard 1 və Leopard 2 tankları üçün mərmilər, iki TRML-4D radiolokasiya stansiyası və "hava-hava" sinfinə aid AIM-9L/I-1 “Sidewinder” raketləri; 155 mm kalibrli 52 min mərmi və 1 ədəd PzH 2000 özüyeriyən artilleriya qurğusu daxildir.
Bundan başqa, siyahıda 12 yük maşını, 8 sisternli avtomobil, sərhədçilər üçün 1 maşın, 20 min qumbara, 120 mm kalibrli 15 min minaatan mərmisi, 4580 tank əleyhinə mina, 120 ədəd HK GMG avtomatik qumbaraatan, 200 ədəd MG4 pulemyotu, hücum və snayper tüfəngləri, 4,3 milyon patron, generatorlar və sarğı materialları var.
Oxşar xəbərlər
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
694-cü gün: Rusiyanın itkiləri açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarka və Niderland Ukraynaya 14 ədəd “Leopard 2” tankı tədarük etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












