Sallivan: İran zəifləyib, bu onu ciddi şəkildə nüvə bombası hazırlamağa vadar edə bilər
sizinxeber.az xəbər saytı

Sallivan: İran zəifləyib, bu onu ciddi şəkildə nüvə bombası hazırlamağa vadar edə bilər


“Vaşinqton Tehran və Pekinlə münasibətlərdə diplomatiyadan imtina etmək niyyətində deyil”.

“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“İran və Çinə gəlincə, mənim fikrimcə, burada nəinki çəkindirmə və qarşıdurma, həm də diplomatiya baxımından imkanlar var. Çinin vəziyyətində, rəqabəti effektiv şəkildə idarə etmək və iki böyük gücün birgə mövcud ola biləcəyini daha yaxşı başa düşməyə çalışmaq üçün diplomatiya lazımdır”, - deyə o əlavə edib.

Eyni zamanda, Sallivan ABŞ və Çin arasında hansısa böyük sövdələşmənin bağlanma ehtimalına şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, Pekinlə münasibətlərdə Vaşinqton Çinə ABŞ və onun müttəfiqlərinə qarşı istifadə edilə bilən qabaqcıl texnologiyalar satmamalı, rəqabət qabiliyyətini gücləndirməlidir.

Sallivan əlavə edib ki, İranın timsalında o, yeni nüvə sazişi üzrə razılığa gəlmək üçün real fürsət görür: “Bu, maraqlı olardı, çünki sonuncu nüvə sazişindən çıxan şəxs yeni seçilmiş prezident Donald Tramp idi, lakin İranın düşdüyü vəziyyəti nəzərə alaraq, bəlkə bu dəfə o, bunu təşkil edə bilər. Hazırda İran zəifləyib və bu, onu ciddi şəkildə nüvə bombası hazırlamağa vadar edə bilər”.

Oxşar xəbərlər

Sallivan: ABŞ nüvə silahının Ukraynaya ötürülməsi imkanlarını nəzərdən keçirmir
Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq
Sallivan: Ukraynaya nüvə silahının verilməsi planlaşdırılmır
Baydenin köməkçisi Sallivan Kiyevə səfər edib
Baydenin milli təhlükəsizlik müşaviri xələfi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər