Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq
ABŞ administrasiyası İsrailə bugünkü raket hücumunun İran üçün ciddi fəsadları olacağını təsdiqləyir.
"Sizinxeber.az"un məlumatına görə, bunu Ağ Evdə xüsusi brifinqdə çıxış edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Ceyk Sallivan Vaşinqtonun Tehrana cavabının sanksiyalardan kənara çıxa biləcəyi ilə bağlı məsələnin qaldırılmasını qanuni adlandırıb. "Tamamilə qanuni məsələdir. Cavab isə israilli həmkarlarımızla danışıqlar və məsləhətləşmələrə əsaslanacaq. Burada sizin qarşınızda dayanaraq cavab verməyim hələ tezdir. Biz bunun hücum olduğunu açıq şəkildə bildirdik. Bunun dəhşətli fəsadları olacaq və biz israillilərlə birlikdə bunun belə olduğuna əmin olmaq üçün işləyəcəyik”, - Amerika liderinin müşaviri bildirib.
O, təfərrüatlara varmayıb.
Oxşar xəbərlər
İsrail Baş nazirinin Ofisi: İran 180-ə yaxın raket atıb, onların əksəriyyəti dəf edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
