Almaniyada avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürən şəxs İslam əleyhdarı olub
Almaniyanın Maqdeburq şəhərində saxlanılan şübhəli şəxs ölkə hökuməti tərəfindən anti-islamçı kimi tanınırdı.
“Report” xəbər verir ki, bu barədə "Berliner Zeitung" alman qəzeti yazıb.
Qəzetin məlumatına görə, şəxsin adı Taleb əl-Əbdülmöhsəndir. O, 2006-cı ildən Almaniyada yaşayır və daimi yaşayış icazəsi var. T.Əbdülmöhsən psixoterapevt təhsili zamanı dəvətli həkim kimi ölkəyə gəlib və daha sonra islamdan imtina etdiyinə görə ölümlə hədələndiyindən sığınacaq üçün müraciət edib.
"Onun sosial media profillərindən göründüyü kimi, o, son dərəcə anti-islam mövqelidir və "Almaniya üçün Alternativ"in siyasətini dəstəkləyir", - nəşr vurğulayıb.
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb.
Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.
Oxşar xəbərlər
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
Almaniyada avtomobillər izdihamın üzərinə sürülüb, 11 nəfər ölüb
Almaniyada Milad ərəfəsində terror aktı törətmək istəyən gənc saxlanılıb
Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













