Almaniyada Milad ərəfəsində terror aktı törətmək istəyən gənc saxlanılıb
sizinxeber.az xəbər saytı

Almaniyada Milad ərəfəsində terror aktı törətmək istəyən gənc saxlanılıb


Almaniya hüquq-mühafizə orqanları ölkənin şimalında Elmshorn şəhərində Milad bayramı ərəfəsində (25 dekabr) böyük terror aktı hazırlamaqda şübhəli bilinə 17 yaşlı gənci saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.

Gənc oğlan Miladdan əvvəl yük maşını ilə kütlənin üzərinə sürməyi planlaşdırıb. Qəzet qeyd edib ki, şübhəli şəxs bomba hazırlamaq üçün inqrediyentlər alıb, Almaniyadakı konsulluq idarələrini hədəfə alıb və ABŞ, İraq və Mərakeşdəki islamçılarla əlaqə saxlayıb.

2024-cü il martın 5-də Amerika kəşfiyyat xidmətləri Almaniyanın Federal Cinayət İdarəsi ilə əlaqə saxlayıb və bildiriblər ki, telefon dinləmələri zamanı bir gəncin İŞİD-lə əlaqəli olduğunu aşkar ediblər.

Xüsusilə, o, sosial şəbəkələrdə hücumlar həyata keçirməyə hazır olması və "kafirlərə" hücum planları barədə yazıb. Bundan əlavə, gənc yük maşını idarə etmək üçün sürücülük kurslarına gedib.

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin şəriki olduğu ehtimal edilən daha bir nəfəri saxlayıb. Onun mənzilində axtarış aparılıb və sübutlar götürülüb.

Oxşar xəbərlər

Fransada Olimpiada zamanı terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkdakı Yəhudi Mərkəzinə qarşı planlaşdırılan terrorun qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda terror aktı törətmək istəyən İŞİD-çilər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də seçki günü terror aktı planlaşdıran əfqanıstanlı həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər