Rusiyada qatarların toqquşması nəticəsində 31 nəfər xəsarət alıb
Rusiyanın Murmansk vilayətində sərnişin və yük qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 31 nəfərə çatıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları”nın teleqram kanalında bildirilib.
"Dəqiqləşdirilmiş məlumata görə, dekabrın 18-də Murmansk-Sankt-Peterburq sərnişin qatarının qəzaya uğraması nəticəsində 31 nəfər xəsarət alıb, onlardan 5-i uşaqdır. 14 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 4-ü ağır vəziyyətdədir. 2 nəfər həlak olub", - məlumatda qeyd edilib.
Şirkət zərərçəkmiş sərnişinlərə öz tibb müəssisələrində pulsuz müalicə və reabilitasiya imkanı təqdim etməyə hazır olduğunu bildirib.
Daha əvvəl bildirilmişdi ki, dekabrın 18-də Moskva vaxtı ilə saat 16:15-də Murmansk vilayətinin Kandalakşa rayonunda yük qatarı Murmansk- Sankt-Peterburq sərnişin qatarı ilə toqquşub.
Oxşar xəbərlər
Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 11-ə çatıb - YENİLƏNİB-2
Murmansk vilayətində qatarların bir-birinə çırpılması nəticəsində yaralananların sayı 17-yə yüksəlib - YENİLƏNİB 3
Rusiyada qatarların çırpılması nəticəsində ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB 4
Rusiyada sərnişin və yük qatarları toqquşub, səkkiz nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 27-yə çatıb - VİDEO - YENİLƏNİB 3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













