Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 27-yə çatıb - VİDEO - YENİLƏNİB 3
Rusiyanın Murmansk vilayətinin Kandalakşa rayonunda yük və sərnişin qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb ki, onlardan da 5-i uşaqdır.
Sizinxeber.az xəbər verir ki, bu haqda Murmansk qubernatorunun müavini və vilayətin səhiyyə naziri Dmitri Panıçev məlumat verib.
"Hazırda 27 nəfər xəsarət alıb ki, bunlardan 22-si böyük, 5-i isə uşaqdır. Təəssüf ki, xəsarət alanlardan birini xilas etmək mümkün olmadı. Təcili tibbi yardım briqadaları tərəfindən 17 nəfər rayon xəstəxanalarına yerləşdirilib.”, - deyə Panıçev bildirib.
***
22:49
Rusiyanın Murmansk şəhəri yaxınlığında qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.
Sizinxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, Murmansk vilayətində qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb ki, onlardan da üçünün uşaq olduğu bildirilir.
***
18:44
Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
18:19
Rusiyada yük və sərnişin qatarları toqquşub.
Sizinxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dəmir yolunun Murmansk ərazisindən keçən hissəsində yerləşən “Knyajnaya” stansiyasında baş verib. Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.
Qatarda 326 sərnişinin olduğu bildirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları gələrək, araşdırmalara başlayıblar. Hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir.
Oxşar xəbərlər
Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 11-ə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sərnişin və yük qatarlarının toqquşması zamanı xəsarət alanların sayı 16-ya çatıb - VİDEO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sərnişin və yük qatarlarının toqquşması zamanı xəsarət alanların sayı 17-yə çatıb - VİDEO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Murmansk vilayətində qatarların bir-birinə çırpılması nəticəsində yaralananların sayı 17-yə yüksəlib - YENİLƏNİB 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada sərnişin və yük qatarları toqquşub, səkkiz nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












