ABŞ Rusiyanın ballistik raket buraxacağından xəbərdar olub
ABŞ administrasiyası son günlər Rusiyanın cavab zərbəsinə hazırlaşmaq üçün Ukrayna və müttəfiqləri ilə məsləhətləşib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya qarşı orta mənzilli ballistik raket buraxmasından xəbərdar idi:
“Son günlər biz Ukrayna, yaxın müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdik ki, onlara hazırlaşmaqda kömək etsinlər”.
Eyni zamanda “CNN” adı açıqlanmayan amerikalı dövlət rəsmisinə istinadən məlumat yayıb ki, ABŞ Rusiyanın Ukraynaya strateji raketlə hücuma hazırlaşdığını əvvəlcədən bilib və bu barədə Kiyevə və digər dövlətlərin hökumətlərinə xəbərdarlıq edib.
Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya “Oreşnik” ballistik raketinin buraxılmasına 30 dəqiqə qalmış ABŞ-yə bildiriş göndərib.
Pentaqonun mətbuat katibi Sabrina Sinqh təsdiq edib ki, ABŞ Rusiyadan “Oreşnik” hipersəs raketinin buraxılışından az əvvəl bildiriş alıb.
Oxşar xəbərlər
Kreml: Moskva “Oreşnik” ballistik raketinin buraxılmasına 30 dəqiqə qalmış ABŞ-yə bildiriş göndərib
Rusiyanın Ukraynanın “Yujmaş” zavoduna ballistik raketlə hücumunun görüntüləri yayılıb - VİDEO
Zelenski: Rusiya qitələrarası ballistik raketlə Ukraynanı vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
