sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Almaniyada attraksion yanğınında 11 nəfər yaralanıb
Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal torpağının Ler şəhərində “Qorxu yolu” attraksionunda baş vermiş yanğın nəticəsində azı 11 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.
Polisin məlumatına görə, üç nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Şərqi Friziya bölgəsinin ən böyük xalq bayramında baş verib ki, bu bayram hər il Ler şəhərinə təxminən yarım milyon qonaq cəlb edir. Yanğın tez bir zamanda söndürülüb.
Hadisənin səbəbi və dəymiş ziyanın miqdarı araşdırılır.
Oxşar xəbərlər
Almaniyada festivalda yanğın nəticəsində 30 nəfər xəsarət alıb
Almaniyada qaçqınlar üçün sığınacaqda yanğın olub, ölən və xəsarət alanlar var
Türkiyədə ağır yol qəzasında on bir nəfər xəsarət alıb
Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













