TBMM sədri: Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir
Bəzi ölkələr Rusiya ilə Ukrayna arasında sülh istəmir.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”ün efirində çıxışı zamanı deyib.
O bildirib ki, həmin ölkələr müzakirələrə mane olur.
N.Kurtulmuş, həmçinin söyləyib ki, rəsmi Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir: “Biz bu sanksiyalara qoşulmuruq. Üçüncü ölkələr mane olmasa, Rusiya ilə Ukrayna arasında danışıqlar başlaya bilər. Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrində bunu hiss edib. Əlbəttə, sülh bütün regionun xeyrinədir”.
TBMM sədri bir müddət əvvəl Rusiyaya səfərindən də danışıb: "Bizi çox yaxşı qarşıladılar. Putinlə statusumuz eyni deyil. Buna baxmayaraq, onunla üzbəüz oturduq. Halbuki Putin vaxtı ilə Fransa Prezidenti Emmanuel Makronla masa arxasında müzakirələr aparmışdı. Bu, dünyada ciddi müzakirə edilmişdi".
Parlament sədrinin fikrincə, dünyada yeni geosiyasi reallıq yaranıb: "Artıq ABŞ-nin hakimiyyətinə son qoyulur. Yeni güc mərkəzləri yaranacaq".
Oxşar xəbərlər
Türkiyə parlamentinin sədri: Ankara heç vaxt Rusiyaya qarşı sanksiyaları dəstəkləməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Kremldə TBMM sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə parlamentinin sədri: Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












