Ukraynadan qaçan deputat Londonda saxlanılıb
Ötən ay Ukraynadan qaçan Ali Radanın deputatı Artem Dmitruk sentyabrın 24-ü səhər saatlarında Londonda saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri parlamentariyə yaxın mənbələrə istinadən məlumat yayıb.
“Ekstradisiya ilə bağlı məhkəmə prosesi gedir, onun barəsində həbs qətimkan tədbiri seçilməsi istənilir”, - məlumatda deyilir. Sentyabrın 9-da Ukrayna bir sıra ölkələrə Dmitrukun saxlanılması və daha sonra Kiyevə göndərilməsi üçün sorğu göndərib.
Deputatın Ukraynadan getməsi avqustun 26-da məlum olub. Bundan əvvəl Dmitruk hüquq-mühafizə orqanının əməkdaşına və hərbçiyə hücum etməkdə ittiham olunurdu. O, özü bu ittihamları “tamamilə uydurulmuş hekayə” adlandırıb və onları “müxaliflərin ovu” ilə əlaqələndirib.
Oxşar xəbərlər
Londonda “Notting Hill” karnavalında 90 nəfər saxlanılıb
Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev həbs edilib - YENİLƏNİB
Moldova “Qazprom”a Ukraynadan yan keçməklə qaz tranziti üçün sorğu göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
