KİV: İsrail Livanda bufer zonası yaratmaq üçün quru əməliyyatına hazırlaşır
İsrail hərbi komandanlığı Livanın cənubunda bufer zonası yaratmaq məqsədilə ərazilərin ələ keçirilməsini nəzərdə tutan quru əməliyyatına hazırlaşır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Economist” mənbələrə istinadən bildirib.
“Quru müdaxiləsi planları hazırdır. Ancaq bu planları gerçəkləşdirmək üçün burada hələ yetərincə qüvvəmiz yoxdur”, – Livan istiqamətində strategiyanın hazırlanmasında iştirak edən ehtiyatda olan zabitlərdən biri bildirib.
“The Economist” xatırladıb ki, daha əvvəl İsrail Müdafiə Ordusu Qəzza zolağından iki diviziyanı Livan sərhədinə köçürüb.
Jurnal qeyd edib ki, Livanda rabitə qurğularının partladılmasından sonra Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, İsrail ilə Livandakı “Hizbullah” hərəkatı arasında tammiqyaslı müharibədən hələ söhbət getmir. Nəşrə görə, “Hizbullah” tammiqyaslı döyüş əməliyyatlarına keçdiyi təqdirdə, İsrailin mərkəzi hissəsindəki hədəfləri məhv etmək üçün daha uzaqmənzilli raketlərdən istifadə etməyə başlayacaq və yəhudi dövlətinin ərazisində reydlər keçirəcək.
“The Economist” vurğulayıb ki, İsrail öz növbəsində hadisələrin bu cür inkişafı zamanı “Hizbullah”ın raket anbarlarına və atəş mövqelərinə bombardmanı gücləndirəcək, həmçinin Livanın özündə hərəkata qarşı narazılıq yaratmaq ümidi ilə mülki infrastruktura zərbələr endirəcək. Bununla yanaşı, jurnalın məlumatına görə, İsrailin hərbi-siyasi rəhbərliyində Livan ətrafındakı vəziyyətlə bağlı fikir birliyi yoxdur.
Oxşar xəbərlər
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın hədəflərinə yeni hücum dalğası elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın Livandakı 290 hədəfinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu: "Hizbullah"ın silah sexinə və hərbi qərargahına zərbələr endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail iki şəhərdə antiterror əməliyyatına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












