İsrail iki şəhərdə antiterror əməliyyatına başlayıb
İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilinin Cenin və Tulkarm şəhərlərində “terrorla mübarizə əməliyyatı”na başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti tərəfindən yayılan, ölkənin Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə bəyanatında deyilir.
Digər təfərrüatlar hələ açıqlanmır.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.
Oxşar xəbərlər
İsraildə 240 bomba sığınacağı açılıb
Qəzzada avqustun əvvəlindən 250 min insan yaşayış yerini tərk edib
İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib
İsrail Livanın cənubunda "Hizbullah"ın hərbi qurğusuna hücum edib
HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













