Fransada müxalifət partiyası Makrona qarşı impiçment proseduruna başlayıb
Solçu “İtaətsiz Fransa” partiyası ölkə prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması proseduruna başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində bu partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.
“Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq ölkə prezidentinə qarşı impiçment haqqında qərar layihəsi imzalanmaq üçün deputatlara göndərilib”, - o deyib.
Qeyd edək ki, Fransa Konstitusiyasının 68-ci maddəsi Fransa prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur. Bu, parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir.
İmpiçment təşəbbüskarları birinci mərhələdə 58 deputatın (aşağı palata heyətinin onda biri) imzasını toplamalıdır. Bundan sonra palatanın bürosu qərar layihəsinin baxılmaq üçün qəbul edilib-edilmədiyini müəyyən etməlidir. Daha sonra layihə müvafiq komissiya tərəfindən təsdiqlənməlidir.
Qətnamənin təsdiqi üçün Milli Assambleya deputatlarının üçdə ikisi onun lehinə səs verməlidir. Sonra layihə parlamentin Senatına (yuxarı palata) təqdim edilir. Hər iki palata sənədi dəstəkləsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçment üçün qətnaməni iki palatanın 925 üzvündən azı 617-nin dəstəkləməsi zəruridir.
Oxşar xəbərlər
Solçu deputatlar parlamentə Makronun istefası təklifini göndərəcək
Makron impiçmentlə hədələnib
Solçular Makronu istefaya göndərə bilər
Fransa seçicilərinin yarısı Makronun impiçmenti planlarını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
