Fransanın sağyönümlü partiyası Makronu hədələyib
sizinxeber.az xəbər saytı

Fransanın sağyönümlü partiyası Makronu hədələyib


Sağyönümlü “Milli Birlik” partiyası solçu “Yeni Xalq Cəbhəsi” partiyasından baş nazir postuna istənilən namizədi bloklayacaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu sağçı partiyanın liderləri bildiriblər.

Agentliyin məlumatına görə, bu, Fransa Prezidenti Emmanuel Makronun mövcud siyasi böhranı həll etmək imkanlarını xeyli daraldır.

Bazar ertəsi “Milli Birlik” liderləri Marin Le Pen və Jordan Bardella iyul ayında qanunvericilik orqanına təyin etdiyi nəticəsiz növbədənkənar seçkilərin yaratdığı siyasi dalandan çıxmağa çalışan E.Makronla görüşüb.

Bir saat davam edən görüşdən sonra J.Bardella bildirib ki, Fransanın solyönümlü partiyaları ölkə üçün təhlükə yaradır və onun düşərgəsi dərhal hər hansı solçu baş nazirə etimadsızlıq votumu elan edəcək.

“Yeni Xalq Cəbhəsi”nin proqramı ictimai asayiş və təbii ki, ölkənin iqtisadi həyatı üçün təhlükə yaradır. Biz onu Fransa cəmiyyətini parçalayacaq hökumətdən qorumaq niyyətindəyik”, - o, jurnalistlərə söyləyib.

Oxşar xəbərlər

Makron Le Penlə Fransa hökumətinin gələcəyini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Solçular Makronu istefaya göndərə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Makron etimad səsverməsindən yayınmaq üçün müxalifətə güzəştə getməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron impiçmentlə hədələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron parlamentdə çoxluğu qazanmağa ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər