BMT Ukrayna və Rusiyaya yenidən çağırış edib
BMT Baş katibi Ukrayna və Rusiya arasında davam edən son gərginliyin qarşısını almağa çağırır. Yeni ərazilərdə hər hansı döyüş təhlükəli eskalasiya riski yaradır və biz buna qarşıyıq.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bildirib.
Sözçü deyib ki, BMT iki ölkə arasında yenidən alovlanan gərginliyi diqqətlə izləməyə davam edir: "Rusiyanın başqa bir bölgəsi də daxil olmaqla, Ukrayna-Rusiya sərhədi boyunca hücumlar barədə məlumatlıyıq. Biz narahatlığımızı bildiririk və tərəfləri məsuliyyətlə hərəkət etməyə çağırış edirik".
Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlara gəlincə sözçü qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi məsələ ilə məşğul olub.
Qeyd edək ki, Ukrayna və Rusiya avqustun 11-də Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğından sonra bir-birini günahlandırıb.
Oxşar xəbərlər
Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib
AEBA rəhbəri: BMT TŞ-yə Zaporojye AES-lə bağlı müraciət edib
AEBA və “Rosatom” rəhbərləri Zaporojye AES ilə bağlı danışıqlar aparırlar
Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib
AEBA rəhbəri: "Zaporojye AES-ə zərbələr onun fəaliyyətinə təsir etməyib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
