AEBA rəhbəri: BMT TŞ-yə Zaporojye AES-lə bağlı müraciət edib
BMT Təhlükəsizlik Şurası (TŞ) Zaporojye Atom Elektrik Stansiyasında təhlükəli insidentlər riskini azaltmaq üçün mümkün olan hər şeyi etməlidir.
“Sizinxeber.az” İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi bildirib.
“Biz nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınlaşdıq və bu gün insident riskini minimuma endirmək üçün mümkün olan hər şeyi etməlisiniz”, - o, BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları ilə edilən son hücumları şərh edərkən deyib.
Qrossi Zaporojye Atom Elektrik Stansiyasının altı reaktorunun hamısının soyuq vəziyyətdə olmasını alqışlayıb. “Lakin nüvə insidentinin riski hələ də çox realdır”, - o əlavə edib.
AEBA rəhbəri daha əvvəl Zaporojye Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun soyuq vəziyyətdə dayandırma rejiminə keçirilməsini alqışlayıb. "Bu, obyektin təhlükəsizliyini artırır", - o deyib.
Agentliyin məlumatına görə, dördüncü enerji blokunun soyuması ilə əlaqədar olaraq stansiyanın bütün altı reaktoru 2022-ci ilin sonundan ilk dəfədir ki, soyuq vəziyyətdə dayanır.
Mütəxəssislər Zaporjye Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun "soyuq dayandırma" rejiminə keçirilməsini başa çatdırıblar.
Oxşar xəbərlər
Ərdoğan yenə İsrailin nüvəsindən danışdı: Şikayət etmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Böyük Britaniya ABŞ-yə enerji kabelləri çəkmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısının Metsamor yalanı – Tehranla İrəvanın “halal” sövdələşməsi - ŞƏRH [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını minimuma endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bir külək və üç günəş elektrik stansiyası inşa edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












