Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib
Ukraynanın Enerqodar bölgəsində yerləşən Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib.
Sizinxeber.az xəbər verir ki, Zaporojye vilayətinin rəhbəri Balitski Ukrayna ordusunun şəhəri atəşə tutmasından sonra Zaporojye AES-in soyutma sistemləri qurğusunda yanğın baş verdiyini bildirib.
“Hazırda stansiyanın 6 enerji blokunun hamısı soyuq vəziyyətdə dayanıb. Buxar partlayışı və ya digər fəsadlarla bağlı təhlükə yoxdur. Atom elektrik stansiyası və Enerqodar şəhəri ətrafında radiasiya normaldır.”, - deyə o bildirib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir və yanğınlar söndürülür.
Ukrayna prezidenti Vladimir Zelenski Zaporojya AES-də baş verən yanğında Rusiyanı günahlandırıb.
Oxşar xəbərlər
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
