ABŞ İrandakı vəziyyətin Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyinə ümid edir
sizinxeber.az xəbər saytı

ABŞ İrandakı vəziyyətin Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyinə ümid edir


Vaşinqton ümid edir ki, İran ətrafındakı vəziyyət Ukraynadakı münaqişənin həllinə töhfə verəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff “CNBC”yə müsahibəsində bildirib.

“Düşünürəm ki, burada baş verənlərdən yaranan nikbinlik Rusiya və Ukraynaya da yayıla bilər. Ümid edirik ki, insanlar İranda baş verənlərə baxıb deyəcəklər: “Biz də sülh prosesinin bir hissəsi olmaq istəyirik”.

Ümid edirik ki, bu, Rusiya ilə Ukrayna arasında münaqişənin həlli prosesində çox yaxşı şeylərin baş verməsinə gətirib çıxaracaq”, - deyə o əlavə edib.

Oxşar xəbərlər

Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəqqi var
BMT Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsini alqışlayıb
Tramp: ABŞ və Rusiya Ukrayna ilə bağlı görüşlər keçirəcək
NATO Ukrayna və Rusiya arasında İstanbul danışıqlarında irəliləyişə ümid edir
ABŞ və Rusiya Ukraynadakı müharibə ilə bağlı görüşlər keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər