Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəqqi var
sizinxeber.az xəbər saytı

Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəqqi var


ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində tərəqqinin olduğunu açıqlayıb.

"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.

"Düşünürəm ki, biz tərəqqi əldə edirik. Əgər bunu (münaqişəni - red) dayandırsaq, böyük nailiyyət olacaq. Biz çox çalışırıq və düşünürəm ki, (münaqişənin həllinə-red) yaxınıq", - ABŞ lideri bildirib.

Dövlət başçısı qeyd edib ki, onun xüsusi elçisi Stiven Uitkoff Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı davamlı danışıqlar aparır: "Onun hər iki ölkə ilə əla münasibətləri var və düşünürəm ki, bizim şansımız var”.

Eyni zamanda Tramp “Rusiya bütün (Ukrayna ərazisini) almaq istəyə bilərdi” açıqlamasını verib. "Əgər müdaxilə etməsəydik, o, uğur qazanacaqdı”, - Ağ Evin sahibi Vaşinqtonun Ukrayna ilə təbii sərvətlər üzrə razılaşma yoluyla Kiyevi dəstəkləmək üçün xərclədiyi vəsaiti "müəyyən şəkildə geri qaytardığını" deyib.

Tramp əlavə edib ki, böhranın həlli üçün Çin rəhbərliyindən kömək istəyəcək.

Oxşar xəbərlər

Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-nin Rusiya və Ukrayna ilə son görüşlərini müsbət qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Ər-Riyadda ABŞ-Rusiya görüşünü çox yaxşı adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Bir neçə gündə Moskva və Kiyevlə münaqişənin həllində irəliləyiş əldə etmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər