sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ Zelenski ilə görüşdə ərazilər məsələsini müzakirə etməyi planlaşdırır
Vaşinqton bazar ertəsi Vladimir Zelenski ilə görüşdə Rusiya Federasiyası və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etməyi nəzərdə tutur.
APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN telekanalının efirində bildirib.
“Ukrayna münaqişəsinin həlli üçün əsas məsələ – bu, ərazilərin mübadiləsidir. Biz bunu bazar ertəsi müzakirə etməyi planlaşdırırıq. Ümid edirəm ki, bu məsələdə müəyyən aydınlıq əldə edəcəyik və ümid edirəm ki, bu, çox tezliklə sülh sazişi ilə nəticələnəcək”, – deyə o, bildirib.
Oxşar xəbərlər
Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir
Tramp: Uitkoff uğurlu görüş keçirib
Zelenski: Ukrayna Rusiyanın ultimatumlarına boyun əyməyəcək
Peskov: Putin Uitkoffla ilk növbədə Ukrayna məsələsini müzakirə edir
Ağ Ev: Tramp Alyaskadakı görüşü Ukrayna məsələsinə həsr etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













