KİV: Putin Trampa Ukraynanın Donetskdən çıxması şərtilə digər ərazilərdə cəbhəni dondurmağı təklif edib
sizinxeber.az xəbər saytı

KİV: Putin Trampa Ukraynanın Donetskdən çıxması şərtilə digər ərazilərdə cəbhəni dondurmağı təklif edib


Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisini tərk etməsi şərti ilə Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BBC "Financial Times"a istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu, yeganə şərt deyil: Putinin münaqişənin əsas səbəbləri adlandırılan amillərin aradan qaldırılması ilə bağlı digər əsas tələbləri də yerinə yetirilməlidir.

Kreml əsas səbəb kimi Ukraynada 2014-cü ildən formalaşmış siyasi sistemi, onun Avropa İttifaqı və NATO-ya inteqrasiya istəyini və Ukrayna Silahlı Qüvvələrinin güclənməsini adlandırır.

Tram Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışıqlarında bu təklifi çatdırıb.

Rusiya Donetsk vilayətinin təxminən 70%-ni tutur, qalan hissədə möhkəmləndiyi ərazilər və logistika habları var.

Oxşar xəbərlər

KİV: Tramp deyib ki, Putin bütün Donbasa nəzarəti ələ keçirmək istəyir
Zelenski: Donbası tərk etməyəcəyik, bu, Rusiya üçün yeni hücum plasdarmıdır
FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib
FT: Putin hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib
Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle