KİV: Tramp deyib ki, Putin bütün Donbasa nəzarəti ələ keçirmək istəyir
sizinxeber.az xəbər saytı

KİV: Tramp deyib ki, Putin bütün Donbasa nəzarəti ələ keçirmək istəyir


ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərinin bütün ərazisindən çıxarılmasını tələb etməkdə davam edir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Tramp telefon danışığı zamanı bildirib ki, Putinin mövqeyi dəyişməyib – o, hələ də Kiyevdən ölkənin şərqindəki Donbasın bütün ərazisinə nəzarəti buraxmasını istəyir”, - məlumatda deyilir.

Agentlik yazır ki, Zelenski Moskva qüvvələrinin qismən nəzarət etdiyi Donetsk və Luqanskdan imtina etmək imkanını dəfələrlə istisna edib.

Mənbələrin bildirdiyinə görə, Rusiya Zaporojya və Xerson vilayətlərinin hazırda nəzarətində olmayan hissələrinə iddialarını dayandırmağa, oradakı cəbhə xəttini faktiki olaraq dondurmağa hazırdır.

Bildirilir ki, Tramp liderlərə Ukraynanın təhlükəsizliyinin NATO-ya aidiyyatı olmadığı təqdirdə onun təminatına kömək etməyə hazır olduğunu bildirib və Putinin bununla razılaşacağını təklif edib.

Həmçinin qeyd edilir ki, bəzi Avropa rəsmiləri Trampın indi Zelenskiyə razılaşma əldə etmək üçün ərazi güzəştlərinə getməsi üçün təzyiq edəcəyindən narahatdır.

Qeyd edək ki, Putinlə danışıqlardan sonra Tramp əvvəlcə Zelenski ilə, daha sonra onunla və Avropa liderləri ilə söhbət edib. Söhbətin təfərrüatları barədə Avropa Komissiyası məlumat yayıb.

Oxşar xəbərlər

Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb
Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır
Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Ağ Ev Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Tramp tərəflərin özü, Putin və Zelenski ilə görüşə hazırlaşdığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle