FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib
sizinxeber.az xəbər saytı

FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib


“Financial Times” qəzetinin jurnalisti Kristofer Miller “X” sosial şəbəkəsində Rusiya ilə münaqişənin həlli ilə bağlı Ukrayna memorandumunun tam mətnini dərc edib.

“Sizinxeber.az”un məlumatına görə, sənəd bu gün İstanbulda baş tutan danışıqlardan əvvəl Rusiya tərəfinə verilib.

Layihənin mətni ukrayna və ingilis dillərində dərc olunub.

Memorandumun əsas məqamları arasında bunları qeyd etmək olar:

- sonrakı danışıqlar üçün quruda, havada və dənizdə tam və qeyd-şərtsiz atəşkəs;

- Rusiya ərazisində yerləşən ukraynalı uşaqların geri qaytarılması;

- Ukrayna neytrallığı qorumağa borclu deyil, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq etmək hüququna malikdir. Kiyev Ukrayna ərazisində Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasının əleyhinədir;

- bəzi anti-Rusiya sanksiyalarının tədricən ləğvi mümkündür, lakin lazım gələrsə, ləğv edilmiş məhdudiyyətlərin təsirini bərpa etməyə imkan verəcək “snapback” mexanizmi nəzərə alınmaqla;

- nizamlanmanın əsas aspektlərini müzakirə etmək üçün Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Vladimir Zelenskinin görüşü keçirilməlidir;

Qeyd edək ki, İstanbulda bir saatdan çox davam edən danışıqlarda Rusiya və Ukrayna nizamlanmaya dair memorandumlarını müzakirə ediblər.

Adı açıqlanmayan ukraynalı məmur “Axios”a bildirib ki, Rusiyanın təqdim etdiyi sənəddə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğalı altında olan Donbas, Luqansk, Xerson və Zaporojya bölgələrindən çıxarılması tələbi var.

Təklifdə on ukraynalı uşağın Ukraynaya qaytarılması da var.

Oxşar xəbərlər

Ukraynanın Rusiyaya təqdim etdiyi memorandumun təfərrüatları məlum olub
Ukrayna Rusiya ilə təmaslar üçün daimi genişləndirilmiş danışıqlar qrupu yaradacaq
Kelloq: Ukrayna danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə edilməlidir
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib
Ukrayna Rusiya ərazisində vurmaq istədiyi hədəfləri ABŞ-a təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle