Baş nazir İşiba: Yaponiya bir daha heç vaxt səhv etməyəcək
Yaponiyanın Baş naziri Şigeru İşiba İkinci dünya müharibəsinin dərslərini xatırlamağa çağırıb və ölkəsinin öz yolunu seçməkdə bir daha heç vaxt səhv etməyəcəyinə söz verib.
“Report”un xəbərinə görə, bunu S.İşiba Yaponiyanın İkinci dünya müharibəsində təslim olduğunu elan etməsinin 80 illiyi münasibətilə keçirilən milli anım mərasimində çıxışı zamanı deyib.
Mərasim Tokiodakı "Nippon Budokan" zalında keçirilib.
Yaponiya hökumətinin başçısı vurğulayıb ki, müharibənin dəhşətləri heç vaxt təkrarlanmamalıdır. İşiba söz verib: "Biz irəlilədiyimiz yolu yenidən seçməkdə heç vaxt səhv etməyəcəyik".
Yaponiyanın Baş naziri xatırladıb ki, İkinci dünya müharibəsində məğlub olduqdan sonra ölkəsi ardıcıl olaraq sülhsevər dövlət kimi irəliləyib və bütün dünyada sülhün qorunması üçün əlindən gələni edib. Hökumət başçısı Yaponiyanın bu siyasəti davam etdirəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Siqeru İsiba Yaponiyanın Baş naziri seçilib
Yaponiyanın Baş naziri tariflərin müzakirəsi üçün qısa zamanda ABŞ-yə səfər edəcək
ABŞ ilə sazişin ardından Yaponiyanın baş naziri istefa barədə düşünür
Yaponiyanın Baş naziri: İstefa verməyim barədə söhbət olmayıb - YENİLƏNİB
Yaponiyanın yeni xarici işlər naziri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








