ABŞ ilə sazişin ardından Yaponiyanın baş naziri istefa barədə düşünür » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
iy
2025
07:00
0
0
1 075
ff

ABŞ ilə sazişin ardından Yaponiyanın baş naziri istefa barədə düşünür

23 iy, 2025
07:00
1 075

ABŞ ilə sazişin ardından Yaponiyanın baş naziri istefa barədə düşünür

Yaponiyanın baş naziri Sigeru İsiba yaxın çevrəsinə ABŞ ilə ticarət danışıqlarından sonra istefa verib-verməyəcəyi ilə bağlı qərar qəbul edəcəyini bildirib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, baş nazirin rəhbərlik etdiyi Liberal-demokratlar partiyası parlamentin Yuxarı Palatasına seçkilərdə məğlub olub. Bundan sonra İsiba ciddi təzyiqlərlə üz-üzə qalıb.

"Baş nazir yaxın ətrafına bildirib ki, ABŞ ilə ticarət danışıqlarının nəticələri məlum olduqdan sonra müvafiq açıqlamanı verəcək", - mətbuat yazır.

Daha öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, bağlanan "böyük saziş" nəticəsində Yaponiya ABŞ-a 550 milyard dollar investisiya qoyacaq, üstəlik, Yaponiya ABŞ-a idxal üçün 15% rüsum ödəyəcək.

Bizimlə əlaqə saxlayın

×
×