Yaponiyanın Baş naziri tariflərin müzakirəsi üçün qısa zamanda ABŞ-yə səfər edəcək
Yaponiyanın Baş naziri Şiqeru İsiba ölkəsinin tariflərlə bağlı mövqeyini Prezident Donald Trampa çatdırmaq üçün yaxın vaxtlarda ABŞ-yə səfər etməyə hazırdır.
"Sizinxeber.az"un məlumatına görə, bunu Yaponiya hökumətinin başçısı parlamentin büdcə komitəsində deputatların suallarını cavablandırarkən deyib.
"Amerika tərəfi ilə davamlı olaraq müxtəlif səviyyələrdə danışıqlar aparırıq. Lazım gəlsə, mən şəxsən ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacağam, lakin bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib", - o qeyd edib. Baş nazir ən qısa zamanda ABŞ-yə səfər etməyə hazır olduğunu vurğulayıb.
İsiba həmçinin Yaponiya tərəfinin rüsumlardan azad olunmamasından bir daha təəssüfləndiyini bildirib, ölkə hakimiyyətinin ABŞ tərəfini buna inandırmağa davam edəcəyinə söz verib. Baş nazir əlavə edib ki, ölkəsi ABŞ ilə ticarətdə ədalətsiz heç nə etmir və bunun ABŞ-yə açıq şəkildə bildirilməsi lazımdır.
Oxşar xəbərlər
Yaponiyanın Baş naziri tarifləri müzakirə etmək üçün mümkün qədər tez ABŞ-a səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyanın Baş naziri Trampla danışıqlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siqeru İsiba Yaponiyanın Baş naziri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyalı nazir ABŞ-də ölkəsinin rüsumlardan azad edilməsi ilə bağlı danışıqlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyanın Baş naziri Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













