Sizinxeber.az » DÜNYA » Digər ölkələr » KXDR planlaşdırılan ABŞ-Cənubi Koreya birgə təlimlərini pisləyib

KXDR planlaşdırılan ABŞ-Cənubi Koreya birgə təlimlərini pisləyib

Pxenyan ABŞ-Cənubi Koreyanın planlaşdırılan birgə hərbi təlimlərini pisləyib və fəsadlarla bağlı xəbərdarlıq edib.

"Report"un xəbərinə görə, bunu KXDR-in müdafiə naziri No Qvan Çxor deyib.

“Biz ABŞ və Koreya Respublikasının KXDR ilə hərbi qarşıdurma mövqeyini açıq şəkildə ortaya qoyan və Koreya yarımadasında və regionda təhlükəsizlik vəziyyətinə növbəti dəfə ciddi problem yaradan təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyir və onların hərəkətlərinin gətirəcəyi mənfi nəticələr barədə ciddi xəbərdarlıq edirik”, - nazir mətbuat tərəfindən yayılan bəyanatında bildirib.

Şimali Koreya planlaşdırılan təlimləri Pxenyana qarşı “birbaşa hərbi təxribat” və “Koreya yarımadasında vəziyyətin gözlənilməzliyini artıran təhlükə” adlandırıb.

Qeyd olunur ki, ABŞ və Koreya Respublikasının silahlı qüvvələrinin nümayişi əks effekt yaradacaq və daha təhlükəli vəziyyətə gətirib çıxaracaq.

“Silahlı qüvvələrimiz ABŞ və Koreya Respublikasının hərbi təlimlərinə ardıcıl və qətiyyətlə cavab verməyə, istənilən təxribatçı hərəkətlərə cavab olaraq özünümüdafiə hüququ səviyyəsində suveren hüquqları ciddi şəkildə həyata keçirməyə hazır olacaq”, - KXDR-dən bildirilib.

Cənubi Koreya və ABŞ avqustun 18-dən 28-dək “Ulchi Freedom Shield 25” (UFS) adlı genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.

“Renhap” agentliyinin məlumatına görə, planlaşdırılan 40 səhra təlimindən təxminən 20-si sentyabr ayına təxirə salınacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !