Şahbaz Şərif İlham Əliyevi və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Martın 30-da Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.
Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.
Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.
Oxşar xəbərlər
Pakistanın Baş naziri İlham Əliyevə təbrik məktubu göndərib
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik edib
Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













