Fələstin İsrailin hərbi əməliyyatı təhlükəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
Fələstin bir sıra digər ölkələrlə birlikdə İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatını dayandırmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi üçün müraciət göndərib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur məlumat verib.
Onun sözlərinə görə, bir neçə dövlət görüşün avqustun 9-da keçirilməsində israr edir.
Görüşün əsas məqsədi İsrail tərəfindən eskalasiyanın qarşısını almaqdır. Fələstin nümayəndəsi beynəlxalq ictimaiyyətin Baş nazir Netanyahunun başçılıq etdiyi İsrail rəhbərliyinin həyata keçirdiyi məsuliyyətsiz və təhlükəli planların qarşısını ala biləcəyinə ümid etdiyini bildirib.
Oxşar xəbərlər
İordaniya XİN: Fələstin dövlətinin tanınması təcili zərurətə çevrilib
Əlcəzair BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib
KİV: İsrail yaxın günlərdə Qəzzada hərbi əməliyyatı genişləndirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
