İordaniya XİN: Fələstin dövlətinin tanınması təcili zərurətə çevrilib
Yaxın Şərqdə ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yolu BMT-nin İsraillə yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması qərarını həyata keçirməkdir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstin probleminin nizamlanması üzrə yüksək səviyyəli beynəlxalq konfransında çıxışı zamanı İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Safadi deyib:
“Fələstin dövlətinin tanınması təcili zərurətə çevrilib və fələstinlilər danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Lakin İsrail sülh prosesinə maneçilik törədir və öhdəliklərini yerinə yetirmir. Bu vəziyyətdə BMT Təhlükəsizlik Şurasının yəhudi dövlətinə qarşı tədbir görməsinin vaxtı çatıb”.
Əs-Safadi beynəlxalq ictimaiyyətin diqqətini İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində "sülh perspektivlərini sarsıdan və gərginliyi artıran" birtərəfli hərəkətlərinə yönəldib. “Biz İsraili dayandırmaq və humanitar fəlakətin davam etdiyi Qəzza zolağında faciəyə son qoymaq üçün hərəkətə keçməliyik”, - o vurğulayıb.
Oxşar xəbərlər
İsrail Fələstinlə bağlı dörd Avropa ölkəsinə xəbərdarlıq edib
İordaniya və Çinin XİN başçıları Yaxın Şərqdəki eskalasiyaya qarşı çıxmağı razılaşdırıblar
Rusiya Knessetin qəbul etdiyi bəyannaməyə qarşı çıxıb
Netanyahunun ofisi İsrailin Fələstin dövlətinin tanınması ilə bağlı xəbəri təkzib edib
Makron: Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə aparan yeganə yoldur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













