sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Meksikada parçalanmış 32 cəsəd tapılıb
Meksikada iyulun 30-dan avqustun 2-dək aparılan əməliyyat-axtarış tədbirləri zamanı 32 parçalanmış insan cəsədi tapılıb.
"Report" xəbər verir ki, bu barədə əyalət prokurorluğunun "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, polis cəsədləri mərkəzi Quanaxuato əyalətinin La-Kalera şəhərindəki kütləvi məzarlıqda tapıb.
Hələlik onlardan sadəcə 15-nin şəxsiyyəti müəyyən edilib.
Yerli televiziya kanalının məlumatına görə, insan qalıqları parçalanmış vəziyyətdə tapılıb, ona görə də onların təhlili genetika, antropologiya və məhkəmə stomatologiyası kimi sahələrdə xüsusi texnikanın istifadəsini tələb edib.
Oxşar xəbərlər
Laçında insan skeletinin qalıqları tapılıb
Meksikada polis şosedə beş nəfərin başsız cəsədlərini aşkar edib
Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb
Meksikada gizli məzarlıqlarda 56 nəfərin meyitinin qalıqları aşkarlanıb
Meksikada avtobus və yük maşını toqquşub, 30-dan çox insan ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













