Meksikada gizli məzarlıqlarda 56 nəfərin meyitinin qalıqları aşkarlanıb
Meksikanın şimalında, ABŞ sərhədi yaxınlığında gizli məzarlıqlarda 56 nəfərin meyitinin qalıqları aşkarlanıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə “CBS News” yerli prokurorluğun açıqlamasına istinadən xəbər yayıb.
Ekshumasiya zamanı meyitlər, tam skeletlər və qismən qalıqlar, həmçinin geyim və güllə gilizləri aşkar edilib. Dəfn yerləri Çiuahua ştatında ABŞ-yə qaçan miqrantların və narkotik qaçaqmalçılarının istifadə etdiyi marşrut boyunca aşkarlanıb. Bu əraziyə “La Linea” cinayət təşkilatı nəzarət edir.
Tapılan şəxslər haqqında indiyədək heç bir məlumat verilməyib. Ölümün vaxtını və səbəbini müəyyən etmək üçün qalıqlar məhkəmə-tibbi ekspertizası üçün laboratoriyaya göndərilib.
Meksikada gizli, kütləvi məzarlıqların aşkarlanması nadir hadisə deyil. Onlara xüsusilə narkotik kartellərinin fəaliyyət göstərdiyi ərazilərdə tez-tez rast gəlinir. Milli reyestrin məlumatına görə, 345 mindən çox meksikalı itkin düşənlər siyahısındadır.
2006-cı ildə “narkotik müharibələri” başlayandan kütləvi məzarlıqlar adi hala çevrilib. Həmin vaxtdan bəri 450 mindən çox insan həlak olub.
Oxşar xəbərlər
Meksikada içərisində onlarla meyit olan qəbirlər aşkarlanıb
Ermənistanda Hindistan vətəndaşının meyiti aşkarlanıb
Bu günədək azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb, 169 şəxsin meyit qalıqları ekshumasiya edilib - RƏSMİ
Meksikada gün ərzində iki jurnalist öldürülüb
Ötən ay Ağdərədə Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













