Meksikada avtobus və yük maşını toqquşub, 30-dan çox insan ölüb
sizinxeber.az xəbər saytı

Meksikada avtobus və yük maşını toqquşub, 30-dan çox insan ölüb


Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobus yük maşını ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə yerli XEVT radiostansiyası məlumat yayıb.

Sərnişin avtobusu Kankundan (Kintana Roo ştatı) Komalkalkoya (Tabasko ştatı) gedirmiş. İlkin məlumata görə, yük maşını qarşıdan gələn zolağa çıxıb və toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi yanıb.

Radiostansiya Milli Qvardiyaya istinadən xəbər verir ki, avtobusda 39 sərnişin olub. Onlardan yalnız səkkizi sağ qalıb.

Tabasko qubernatoru Xavyer Mey "X"də qəzada həlak olanların ailələrinə başsağlığı verib.

Oxşar xəbərlər

Braziliyada sərnişin avtobusu yük maşını ilə toqquşub, 22 nəfər ölüb - FOTO
Meksikada həbsxana qiyamı nəticəsində yeddi nəfər həlak olub
Braziliyada sərnişin avtobusu yük maşını ilə toqquşub, 38 nəfər ölüb - FOTO - YENİLƏNİB
Rusiyada yük maşını avtobusla toqquşub, ölən və yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər