Avropada qaraçı Holokostu qurbanlarının xatirəsi yad edilir
Avropada 1944-cü il avqustun 2-də Osvensim-Birkenau düşərgəsində qaz kameralarında ölümə göndərilən 4 300 qaraçı və sinti-uşaqlar, qadınlar və kişilərin xatirəsi anılır.
“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayen, sosial hüquqlar üzrə icraçı vitse-prezident Roksana Mınzatu və bərabərlik məsələləri üzrə komissar Haci Labibin birgə bəyanatında bildirib.
"Bu kədərli gündə biz Holokost - milyonlarla günahsız insanın həyatına son qoymuş soyqırımı zamanı həlak olmuş 500 min qaraçının hamısını xatırlayırıq. Bu faciə Avropanın hər yerində ailələri, icmaları və mədəniyyətləri məhv etdi", - bəyanatda qeyd olunub.
Bu il həmçinin avqustun 2-nin Avropa qaraçı Holokostu Anım Günü kimi rəsmi şəkildə tanınmasının 10 illiyi tamam olur.
Sənəddə qeyd olunduğu kimi, Avropa qaraçı icmaları üçün ciddi təhlükə olaraq qalmaqda davam edən ayrı-seçkiliyə qarşı mübarizədə həmrəydir.
Avropa Parlamenti 2015-ci ildə avqustun 2-ni Avropa qaraçı Holokostu Anım Günü elan edib. Bu vaxtilə nasistlər tərəfindən işğal olunmuş Avropada öldürülən 500 min Avropa qaraçısının unudulmaması üçün elan edilib.
Oxşar xəbərlər
İsrail heyətinə bayrağını Birkenau ölüm düşərgəsinə keçirməyə icazə verilməyib
Ursula fon der Lyayen etimad səsverməsindən sonra vəzifəsində qalıb
Fransa XİN başçısına Avropa Komissiyasının vitse-prezidenti vəzifəsi təklif edilib
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək
Ursula fon der Lyayen: Avropa Ukraynanın yanında lazım olduğu qədər qalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
