İordaniyalı pilotu öldürən İsveç vətəndaşı ömürlük azadlıqdan məhrum edilib
İsveç məhkəməsi ölkə vətəndaşı Üsamə Krayemi 2015-ci ildə iordaniyalı pilot Muat əl-Kaseasbehin öldürülməsində iştirakına görə ömürlük həbs cəzasına məhkum edib.
“Sizinxeber.az” xarici mediaya istinadən xəbər verir ki, 2014-cü ilin dekabrında Suriyanın Rəqqa şəhəri yaxınlığında F-16 qırıcısının qəzaya uğraması ilə nəticələnən terror aktına görə məsuliyyəti həmin əraziyə nəzarət edən "İslam Dövləti" (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.
26 yaşlı pilot, İordaniya Hərbi Hava Qüvvələrinin baş leytenantı əsir götürülüb. 2015-ci ilin əvvəlində yaraqlılar onu diri-diri yandırıblar.
İstintaq məlumatına görə, 32 yaşlı Krayem İŞİD sıralarında döyüşmək üçün 2014-cü ilin sentyabrında Suriyaya gedib. Onun pilotun öldürülməsində iştirak edən yaraqlılardan biri olduğu müəyyən edilib.
2025-ci ilin mayında ona qarşı ağır hərbi cinayətlər və terror aktları törətməklə bağlı ittiham irəli sürülüb. Daha əvvəl o, Paris və Brüsseldə törədilmiş terror aktlarında iştirakına görə Fransa və Belçikada məhkum edilib.
Məhkəmə onu təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib.
Oxşar xəbərlər
Türkiyədə terrorçuya 40 qat ömürlük həbs cəzası təsdiqlənib
“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir
Madrid məhkəməsi Ançelottini 1 il həbs cəzasına məhkum edib
Əfqanıstan vətəndaşı Avstriyada bazarda terror aktı ilə bağlı saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
