Əfqanıstan vətəndaşı Avstriyada bazarda terror aktı ilə bağlı saxlanılıb
Avstriyanın Zalsburq şəhər polisi dekabrın əvvəlində Vyanada Milad bazarında İŞİD terror qruplaşması adından terror aktı hazırlayan 21 yaşlı gənc əfqanı həbs edib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Salzburger Nachrichten" qəzeti xəbər yayıb.
Məlumata görə, şübhəli şəxs polisə və Milad bazarlarına hücum planlaşdırmaqda ittiham olunur. Mümkün terror aktının dəqiq yeri müəyyən edilməyib, lakin nəşr qeyd edib ki, Avstriyanın paytaxtının adı daim əfqanın İŞİD üzvləri ilə dialoqlarında hallanıb. Müstəntiqlərin fikrincə, o, istənilən vaxt terror qruplaşmasından dəqiq göstərişlər almağa hazır olub.
“Salzburg24” portalının məlumatına görə, əfqan özünün “Tiktok”dakı kanalında İŞİD-in fəaliyyətini təbliğ edib və qrupun internetdəki bir sıra forumlarında fəal olub. İlk dindirilmələr zamanı o, İŞİD-lə əlaqəsini etiraf edib və təsdiqləyib. İstintaq davam edir, portal əlavə edir.
Dekabrın 20-də axşam saatlarında BMW-nin sürücüsü Maqdeburqda Milad bazarında avtomobili qəsdən insanlara tərəf sürüb. Nəticədə 5 nəfər ölüb, 235 nəfər yaralanıb. Şübhəli şəxs Səudiyyə Ərəbistanından olan 1974-cü il təvəllüdlü Taleb A-dır. O, hadisə yerində saxlanılıb. Həmin şəxs Almaniyaya 2006-cı ildə gəlib, 2016-cı ildə isə siyasi qaçqın statusu alıb. Şübhəli şəxs istintaq təcridxanasına yerləşdirilib.
Oxşar xəbərlər
İranda terror aktı törətmək istəyən İŞİD-çilər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada Milad ərəfəsində terror aktı törətmək istəyən gənc saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-də seçki günü terror aktı planlaşdıran əfqanıstanlı həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda terror aktının qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












