Azərbaycan çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib
sizinxeber.az xəbər saytı

Azərbaycan çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib


Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub.

Bu barədə "Report"a federasiyadan məlumat verilib.

Son yarış günündə titullu atletimiz Nazim Babayevin karyerasındakı son çıxışı ilə yadda qalıb. Beləliklə, Azərbaycan atletikasının parlaq simalarından biri böyük idmanla vidalaşıb. 28 yaşlı atlet 2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında üçtəkanla tullanma növündə qızıl medal qazanaraq tarixi uğura imza atıb. Nazim Babayev iki dəfə Yay Universiadasının, həmçinin İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, yeniyetmələr və gənclər arasında keçirilən ən mötəbər yarışlarda da çoxsaylı nailiyyətlər qazanıb.

Azərbaycan Atletika Federasiyası Nazim Babayevə ölkə idmanına verdiyi böyük töhfələrə görə təşəkkür edir, ona həyatının yeni mərhələsində və gələcək fəaliyyətində ən yüksək uğurlar arzulayır.

Qeyd edək ki, Azərbaycan çempionatının sonuncu günündə müvafiq olaraq kişilərdə və qadınlarda 200 metr məsafəyə qaçışda Novruz Əsədli və Səlma Ağabəyova, 800 metrdə Loğman İsrafilli və Gülçin Nağıyeva, 5000 metrdə Əmrah Nağıyev və Natalya Vallek Azərbaycan çempionu adını qazanıb. Uzunluğa tullanma növündə Cabir Əliyev və Sofiya İsrafilova bütün rəqiblərini qabaqlayıb. Lövhə atmada İsmayıl Əliyev və Lalə Cəniyeva, çəkic atmada isə Rəhimə Bəylərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxşar xəbərlər

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycan atleti Serbiyada qızıl medal qazanıb
Bakıda atletika üzrə ölkə birinciliyinə start verilib
Azərbaycan atleti İspaniyada bürünc medal qazanıb
İspaniyada medal qazanan Azərbaycan atleti: "Nəticəmin daha yaxşı olacağını düşünürdüm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər