AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
sizinxeber.az xəbər saytı

AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.

AFP-nin xəbərinə görə, sammit iyunun 15-17-də Fransanın Evian-les-Bains şəhərində keçiriləcək.

Məlumata görə, dəvət olunmuş liderlərin, o cümlədən Zelenskinin iştirakı ilə sessiyaların çərşənbə axşamı baş tutacağı bildirilir.

G7 liderləri Ukrayna Prezidenti ilə birlikdə Rusiyanı müharibənin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün vahid yanaşma formalaşdırmağa çalışacaqlar.

Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Zelenskinin sammitdə iştirakı G7 daxilində, xüsusilə də danışıqlar məsələsində konsensusun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Zelenski Fransada keçiriləcək G7 sammitində iştirak edəcək
AK Prezidenti Tramp-Zelenski görüşündə iştirak etmək niyyətindədir
Ağ Ev: Tramp, Zelenski və Avropa liderləri arasında keçirilən görüş başa çatıb - YENİLƏNİB-1
Tramp, Zelenski və Avropa liderləri arasında Ağ Evdə keçirilən görüş davam edir - YENİLƏNİB
Zelenski: Üçtərəfli görüş üçün hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər