Naxçıvanda kikboksinq birinciliyi keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda kikboksinq birinciliyi keçirilib


Naxçıvanda "Zərərli vərdişlərdən uzaq olaq, həmişə sağlam olaq!" devizi ilə kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyi təşkil olunub.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 80 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Yarışın hakim idarəçiliyində Azərbaycan Kikboksinq Federasiyasının 4 hakimi də iştirak edib. Sonda mükafatlandırma mərasimi keçirilib. İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Qızlar arasında Nuray Seyidova, Ayşəgül İsmayılzadə və Zərifə Məmmədli, oğlanlar arasında isə Oğuz Cavadlı, Ülvi Əliyev, Polad Həsənli, Samiq İbrahimov, Uğur Məmmədli, Ayxan Xəlilli, Kamil Dadaşov, Kamal Mustafazadə, Onur Qafarov, Mövlan Seyidov, Orxan Xəlilli, Uğur Abbasov, Seymur Məmmədov, Turan Həziyev, Əbülfəz Həsənov, Məhəmməd Talıbov, Rüzgar İbrahimli, Hüseyn Behbudov, Məmməd Qənbərli, Tamerlan Quliyev, Məhəmmədəli Əsgərov müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar.

Oxşar xəbərlər

FHN-in kikboksinq üzrə idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə ediblər
Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
Eduard Məmmədov: "Kikboksinq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verildi"
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Qılıncoynatma üzrə Azərbaycan birinciliyi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər