Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib
sizinxeber.az xəbər saytı

Britaniyada ilk dəfə qadın arxiyepiskop seçilib


Böyük Britaniyaya daxil olan Uelsdə yeni arxiyepiskop Monmut yepiskopu Çerri Vann seçilib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, tarixdə qadının belə “rütbə” aldığı ilk haldır.

“66 yaşlı Vann çərşənbə günü Çepstou yaxınlığındakı Müqəddəs Piter kilsəsində ruhanilər və din xadimlərindən ibarət seçki kollegiyası tərəfindən iki günlük müzakirələrdən sonra seçilib”, - məqalədə deyilir.
Qeyd edilir ki, Vann ümumiyyətlə anqlikan kilsəsində keşiş kimi xidmət etməyə icazə verilən ilk qadındır. Onun LGBT icmasına aid olduğu da materialda vurğulanır.

Oxşar xəbərlər

İcma arxiyepiskop Baqrat Qalstanyanın qərbi azərbaycanlılar barədə bəyanatına cavab verib
Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO
Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib
Çinin xarici işlər naziri fevralda Böyük Britaniyaya səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər